Hollandiyanın Kulemborq şəhərində Diyanet Vəqfinə bağlı İmam-ı Əzəm məscidinə hücum edilib.
Medianews.az bu barədə İmam-ı Əzəm Məscidi Vəqfinin İdarə Heyətinin katibi Səlcuq Dəmirçi məlumat verib.
Hadisədən sonra məscidin təhlükəsizlik kamerası qeydləri araşdırılıb:
“Hücum edən şəxs şənbə günü gecə saat 02:00 radələrində hasarları aşaraq bağçaya daxil olub. Təcavüzkarın məscidin 10 şüşəsini sındırdığını gördük. Həmçinin əlində naməlum əşya vardır”, – deyə Dəmirçi bildirib.
O, hücumun səbəbinin dəqiq olmadığını qeyd edib və hadisənin Yaxın Şərqdə baş verən hadisələrlə bağlı ola biləcəyini düşünür.
Hadisəni və kamera görüntülərini polislə paylaşdıqdan sonra Dəmirçi təcavüzkarın kimliyinin müəyyən edildiyini və polis tərəfindən tutulduğunu bildirib.