“Qərb ölkələri bizim maraqlarımızı sözdə deyil, praktiki olaraq nəzərə almağa, qarşılıqlı fayda və qarşılıqlı hörmət əsasında fəaliyyətə hazır olduqları təqdirdə onlarla praqmatik dialoqa açıq qalırıq”
Medianews.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
O, bunu “Rusiya” Beynəlxalq Sərgi və Forumu çərçivəsində “Bilik” cəmiyyətinin marafonunda çıxışı zamanı bildirib.
O, həmçinin əlavə edib ki, ilk növbədə Avropa ölkələrinin hazırkı başçıları açıq şəkildə strateji baxışlarını itirib və Amerikanın fəlakətli xəttinin ardınca kor-koranə gedirlər.