Moskva hava limanları gələn miqrantlardan barmaq izlərini almağa başlayacaq.
Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin miqrasiya məsələləri üzrə baş idarəsinin rəisi Valentina Kazakova danışıb.
Belə bir təklifin şəhər rəhbərliyi tərəfindən verildiyi deyilir. Kazakovanın sözlərinə görə, yaxın vaxtlarda miqrantların barmaq izlərinin götürülməsinə və fotoşəkillərinin çəkilməsinə başlanılması planlaşdırılır. O izah edib ki, bu cür tədbirlər vətəndaşların saxta yollarla ölkəyə daxil olmasının qarşısını alacaq.(Lent.az)