ABŞ bir məhbusu azotla edam etməyə icazə verib.
Medianews.az xəbər verir ki, məlumata görə, Alabama Ali Məhkəməsi azot qazı ilə məhbusun edamını təsdiqləyib.
Bu, əvvəllər görünməmiş üsuldur.
Ştat baş prokurorunun 58 yaşlı Kennet Eugene Smith-in edam orderi ilə bağlı tələbi Respublika məhkəməsi tərəfindən təmin edilib.
Qeyd edək ki, Smit 1988-ci ildə bir qadını sifarişlə öldürməkdə təqsirli bilinib.