Fələstin Xəbər Agentliyinin (WAFA) verdiyi məlumata görə, İsrailin Qəzza zolağında BMT-yə bağlı, qaçqınların məskunlaşdığı məktəbə endirdiyi hava zərbəsi nəticəsində azı 12 nəfər ölüb, 54 nəfər yaralanıb.
Medianews.az xəbər verir ki, dağıntılar altında naməlum sayda insan qalıb.
Məlumatlara əsasən, Əl-Faxur məktəbinə hücum Əl-Saftavi bölgəsində qaçqınların olduğu başqa bir məktəbə hücumdan bir neçə saat sonra baş verib.