Amerika rəsmiləri yaxın günlərdə İsraillə radikal Fələstinin Həmas qruplaşması arasında müharibənin yeni mərhələyə keçəcəyini gözləyirlər.
Medianews.az xəbər verir ki, onların sözlərinə görə, İsrail ordusu hava hücumlarının sayını azaldacaq və əsas diqqətini taktiki quru əməliyyatlarına yönəldəcək.
Bildirilib ki, ABŞ prezidenti Co Bayden administrasiyası quru kampaniyasının HƏMAS-ın istifadə etdiyi yeraltı tunel kompleksləri şəbəkəsini təmizləməyə yönəldiləcəyini gözləyir.
Daha əvvəl bildirilmişdi ki, İsrail Müdafiə Qüvvələri (IDF) dəniz boyu uzanan Qəzza zolağının iki hissəyə bölünməsini planlaşdırır. İDF quru əməliyyatı başlayandan bəri İsrail ordusu üç cəbhədə irəliləyib.