İtaliyanın paytaxtı Romada baş verən hadisə ölkə gündəminin mövzusuna çevrilib.
Medianews.az xəbər verir ki, Romada 27 yaşlı Lüdovika Kaprino adlı hamilə qadın küçədə gedərkən üzərinə it düşüb.
Ətrafdakıların böyük bir partlayış eşitdiklərini söylədikləri hadisədə 3-cü mərtəbədən düşən it həyatını itirərkən, Kaprino yüngül xəsarətlərlə xilas ola bilib.
27 yaşlı Kaprino xəstəxanaya yerləşdirilib. Hamilə qadının qulağının qırıldığı və kəllə-beyin travması aldığı bildirilib. Döl üzərində aparılan müayinələrdə ürək döyüntülərinin nizamlı olduğu bildirilib.
Medianews.az