Türkiyənin Adana şəhərində qadına qarşı dəhşətli zorakılıq hadisəsi baş verib.
Medianews.az xəbər verir ki, 57 yaşlı Muhammet G. 6 il əvvəl boşandığı və birlikdə yaşamağa davam etdiyi Fadime K. ilə mübahisə zamanı evi yandırıb.
Muhammet G.-nin qaçarkən evə kilidlədiyi 41 yaşlı Fadime K. yanğın zamanı ağır yaralanıb. Hadisədən sonra yaxalanan və qolundan yaralandığı müəyyən edilən Muhammet G. də müalicə üçün xəstəxanaya aparılıb.
Medianews.az