Qadın övladlığa götürdüyü uşağı öldürdüyünü etiraf edib.
Medianews.az xəbər verir ki, faciə Rusiyanın Ufa şəhərində baş verib.
Oktyabrın 29-da polisə üç yaşlı uşağın çarpayının ikinci mərtəbəsindən yıxılması barədə məlumat daxil olub. İddialara görə, o, başına ağır zərbələr dəyərək ölüb.
İlkin versiyaya görə, hər şey bədbəxt hadisə kimi qiymətləndirilib:
Qadın oktyabrın 28-də övladlığa götürdüyü 3 və 5 yaşlı iki uşağını yatızdırıb. O, Səhər oyandıb, uşaqları oyatmağa gedib və uşaqlardan birinin yerdə uzandığını görüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və həkimlər gəlib. Uşağın ölümünü təsdiqləyib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları valideynlərin versiyasına şübhə ilə yanaşıblar.
Nəticədə 38 yaşlı qadın etiraf yazıb, 47 yaşlı əri isə ifadə verib.
Qadın oğlanları yatızdırarkən ən kiçiyinin başına möhkəm zərbə endirib, kəllə sümüyünü sındırıb. Nəticədə azyaşlı dünyasını dəyişib.
Faktla bağlı “qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi açıldığı məlum olub. İkinci uşağın götürülməsi məsələsi həll olunur.