Rusiyada “Vilyuçinsk şəhərinin abadlaşdırılması” bələdiyyə müəssisəsinin keçmiş direktoru yelləncəkləri pis təmizlədiyinə görə bir il sınaq müddətinə azadlıqdan məhrum edilib.
Medianews.az xəbər verir ki, bu barədə Kamçatka prokurorluğu bildirib.
“Vilyuçinski Şəhər Məhkəməsi cinayət işi üzrə 49 yaşlı yerli sakin barəsində qərar çıxarıb. Məhkəmə müəyyən edib ki, “Vilyuçinsk şəhərinin abadlaşdırılması” MKU-nun keçmiş direktoru şəhərin mərkəzi meydanının ərazisinin saxlanması və təmizlənməsi üzrə iş təşkil etməyib”, – idarənin bəyanatında deyilir.
Yelləncəklərin yaxşı təmizlənməməsi nəticəsində 2022-ci ilin aprel ayında yeddi, doqquz və 14 yaşlı dörd uşaq “sağlamlığa orta və ağır zərər vuran” xəsarətlər alıb.
Şəxs bir il sınaq müddəti ilə cəzalandırılıb.