25 yaşlı qız yataqxana qonşusuna bıçaqla hücum edib.
Medianews.az xəbər verir ki, hadisə Rusiyanın Petrozavodsk şəhərində baş verib.
Məlumata görə, avqust ayında qız qonşusu ilə mübahisə edib və ona 3 bıçaq zərbəsi vurub.
Başqa bir qonşu qurbanın qışqırmasına qaçaraq onu ölümdən xilas edib.
Cinayət işi Petrozavodsk Şəhər Məhkəməsinə göndərilib.
İstintaq zamanı təqsirləndirilən şəxs həbs edilib.