Ukrayna şahmatçısı Yuri Kuzubov qadağadan yan keçərək rusiyalı qrossmeyster Vladislav Artemyevlə əl sıxıb.
Medianews.az xəbər verir ki, Kuzubov Ukrayna Şahmat Federasiyasının qadağasından yayınıb.
Əvvəllər təşkilat öz idmançılarına beynəlxalq yarışlarda Rusiya və Belarusdan olan oyunçularla əl sıxmağı və şəkil çəkdirməyi qadağan edirdi.
Qeyd edək ki, oyunda qalib gələn Kuzubov Smolensk vilayətində anadan olub və uşaqlıqdan Kramatorskda yaşayıb.