Qəzza zolağında ölənlərin sayı 9061 nəfərə çatıb, 32 mindən çox insan yaralanıb.
Medianews.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat verib.
“Qurbanların sayı 9061-ə yüksəlib, onlardan 3760-ı uşaq, 2326-sı qadın, yaralıların sayı isə 32 min nəfərə çatıb”, – idarədən bildirilib.
Qeyd olunur ki, dağıntılar altında itkin düşənlər barədə Səhiyyə Nazirliyinə də 2060 məlumat daxil olub.