İsrail ballistik raketin qarşısını almaq üçün ilk olaraq Arrow 3 sistemindən istifadə edib.
Medianews.az xəbər verir ki, raketdən müdafiə sistemi Qırmızı dəniz üzərindən İsrailə atılan raketi dəf edib.
“Bütün hava təhdidləri İsrail ərazisindən kənarda qarşılandı. “İsrail ərazisinə heç bir sızma halı aşkar edilməyib”, – deyə İDF bildirib.
Nəşr vurğulayır ki, bu epizod ilk dəfə ballistik raketin Arrow sistemi tərəfindən tutulmasıdır və sistem ilk dəfə 2017-ci ildə yer-hava tipli raketin qarşısını almaq üçün istifadə edilib.