Bir yaşlı qaynar suda yanaraq ölüb.
Medianews.az xəbər verir ki, bədbəxt hadisə Rusiyanın Ulyanovska şəhərində baş verib.
Ulyanovskda istintaq komitəsi ölən uşağın anasına qarşı cinayət işi açıb.
Geniş yanıq xəsarətləri ilə bir yaş səkkiz aylıq oğlan Ulyanovsk Mərkəzi Klinik Xəstəxanasına aparılıb.
Körpə yanıq şöbəsinin reanimasiya şöbəsinə yerləşdirilib. Beş gün sonra uşaq aldığı xəsarətlərdən dünyasını dəyişib.
Müstəntiqlərin fikrincə, qadının diqqəti dağılıb və bir müddət oğlunu nəzarətsiz qoyub. Bu zaman uşaq ehtiyatsızlıqdan qaynar su ilə çaydanı aşırdıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, ailə firavan ailə kimi qələmə verilir və profilaktik qeydiyyatda deyil.
Oktyabrın 30-da körpənin ölümü ilə bağlı Cinayət Məcəlləsinin 109-cu maddəsinin 1-ci hissəsi (ehtiyatsızlıqdan ölümə səbəb olma) ilə cinayət işi açılıb.