Kylie Jenner və aktyor Timothée Chalamet birlikdə görünüblər.
Medianews.az xəbər verir ki, ulduzlar Müasir İncəsənət Muzeyində Wall Street Journal tərəfindən təşkil edilən 2023 İnnovator Mükafatlarında birlikdə idi.
Sosial tədbir üçün 26 yaşlı iş qadını üstü dəri korset formasında bəzədilmiş dəbdəbəli Ferragamo brendindən qara paltar seçib. Onun görünüşünü qalın qızıl sırğalar və açıq ayaqlı ayaqqabılar tamamlayıb.
“Dune” filminin ulduzu da öz növbəsində Dolce & Gabbana-dan qara klassik kostyum və ona uyğun köynək seçib.
Qeyd olunur ki, məşhurlar qırmızı xalçada fotoqrafların qarşısında birlikdə poza verməsələr də, eyni masada yan-yana oturaraq görüntüləniblər. Cennerin yeni geyim brendi Khy-nin təqdimatına görə mükafat aldığı dəqiqləşib.
Sentyabr ayında ulduz cütlük reper Rozaliyanın ad günü şərəfinə təşkil edilən əyləncə gecəsinə yollandıqları Folderol Wine Bar restoranında avtomobildən düşərkən çəkilib.