Oktyabr ayında Rusiyadan Hindistana neft idxalı kəskin azalıb.
Medianews.az xəbər verir ki, səbəb neft emalı zavodlarında aparılan işlər olub.
Ay ərzində dəniz yolu ilə Rusiya neftinin ən böyük alıcısına tədarüklər sutkada 1,58 milyon barelə qədər azalıb ki, bu da sentyabr ayı ilə müqayisədə 11 faiz azdır.
Hindistanın Reliance Industries holdinqinin 2022-ci ilin payızından bəri ən az miqdarda xam neft almasına səbəb Camnaqardakı neft emalı zavodunda planlaşdırılan təmir işləri olub.
Neft analitiki Viktor Katona görə, azalma yalnız qısamüddətli ola bilər, çünki Rusiyadan idxal sutkada təxminən 1,8 milyon barrelə yüksəlir.
Qeyd edək ki, yaxın üç gündə 11 milyon barel xam neft xdaşıyan 10 rus tankeri boşaldılmasını gözləyir.