“Torpedo”, “Tom”, “Krasnodar” və Rusiya millisinin sabiq futbolçusu Aleksey Buqayev 495 qram narkotiklə saxlanılıb.
Medianews.az xəbər verir ki, hadisə oktyabrın 29-na keçən gecə Rusiyanın Krasnodar şəhərində baş verib.
İdmançında toz halında maddə olan çanta aşkar edilib.
Ekspertiza onun metilefedron törəməsi olduğunu göstərib.
Faktla bağlı Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə xüsusilə külli miqdarda cinayət işi başlanıb.
Nəticədə Buqayeva 7 sutka həbs verilib.
Onu 20 ilə qədər həbs gözləyir.