Dünyada donuz ürəyi nəqli edilən ikinci xəstə vəfat edib.
Medianews.az xəbər verir ki, bu transplantasiyadan təxminən altı həftə sonra baş verib.
ABŞ-ın Merilend Universiteti Tibb Mərkəzinin məlumatına görə, Lorenzo Fawcett-in 58 yaşı var idi. O, son mərhələdə ürək çatışmazlığından əziyyət çəkirdi və ənənəvi ürək transplantasiyası üçün yararsız hesab edilmişdi. Əməliyyatdan sonra o, təxminən altı həftə yaşaya bildi. Bu müddət ərzində o, “əhəmiyyətli irəliləyiş” əldə etdi. Bundan əvvəl mediada ABŞ-ın Merilend Universitetinin cərrahlarının bir insana donuz ürəyinin transplantasiyası həyata keçirməsi barədə məlumatlar yayılıb. Ancaq iki ay sonra ölüb. Bundan əvvəl Moskva vilayətinin Luxovitsı şəhərində 20 kursantın xəstəxanaya yerləşdirildiyi məlum olub.