Rusiyanın Petrozavodsk şəhərində dəhşətli avtobus qəzası baş verib.
Medianews.az xəbər verir ki, qəza dünən saat 22:40 radələrində baş verib.
Verilən məlumata görə, “Hyundai Solaris” markalı avtomobilin sürücüsü idarəetməni itirərək avtobusa çırpılıb.
Avtomobildə olan, arxa sağ oturacaqda olan 20 yaşlı sərnişin dünyasını dəyişib.
Daha beş nəfər təcili xəstəxanaya çatdırılıb: 22 yaşlı sürücü və avtomobildə olan iki, həmçinin avtobusda olan iki sərnişin.
Qəza ilə bağlı araşdırma aparılır.