Rusiyada yaşayan 22 yaşlı ana oğlunun dayanmadan ağlamasından sonra əsəb böhranı keçirib.
Medianews.az xəbər verir ki, həmin vaxt spirtli içki qəbul edən ana dəhşət saçıb.
Ana oğluna oğluna dəfələrlə susmasını deyib. Ağlamağı dayandırmadığı üçün mətbəxdən götürdüyü bıçaqla oğlunun qarnına 3 bıçaq zərbəsi vurub.
Hadisədən sonra evə gələn təcili yardım uşağı qan içində görəndə polisə xəbər veriblər. Bıçaqlanma nəticəsində uşağın bağırsağı dağılıb. Azyaşlı dərhal xəstəxanaya aparılıb. Yerli mətbuatın məlumatına görə, hazırda uşağın həyati təhlükəsi yoxdur.
Hadisəni törədən gənc ana saxlanılıb. Günahı sübuta yetirilərsə, onu 7 ilə qədər həbs gözləyir.
Medianews.az