İnternetdə “Çinin ən gözəl yoqa nənəsi” ləqəbli 78 yaşlı çinli qadın arıq qalmağın və müsbət əhval-ruhiyyəyə sahib olmağın əsas sirrini açıb.
Tianjinli Bai Jinqin, işlərlə çox məşğul olduğu üçün gənc yaşda idmanla məşğul olmadığını söyləyib.
Oturaq həyat tərzi və yuxu olmaması qadının səhhətinin pisləşməsinə səbəb olub, nəticədə xərçəng xəstəliyinə tutulub.
Jinqin üç əməliyyat keçirdi və xəstəliyə qalib gələ bilib.
Qadının sözlərinə görə, xəstəlik onu həyat tərzinə yenidən baxmağa məcbur edib. 60 yaşında o, məşq etməyə başlamaq qərarına gəlib.
İndi Jinqin yoqa, pilatesə gedir, həmçinin CrossFit ipləri ilə məşğul olur və əsas əzələlərini gücləndirir.
Yoqa həvəskarı nizam-intizamın tonlanmış bədənin açarı olduğunu söyləyib. Məhz müntəzəm məşq sayəsində görünən nəticələr əldə edə bilib.
Jinjin etiraf edib ki, fiziki hazırlığı zəif olduğu üçün onun məşqə başlaması çətin olub. O iddia edir ki, idmanda ən vacib şey orada dayanmamaqdır. Bu səbəbdən qadın aktiv həyat tərzi keçirməyə, yeriməyə, iplə tullanmağa və zərif hərəkətlər etməyə başlayıb. Bədəninin gücləndiyini hiss edəndə o, yüksək intensiv məşqlərə keçib.
Medianews.az