Türkiyənin Samsun şəhərində xəstəxanada çalışan 20 yaşlı tibb işçisi evində ölü tapılıb.
Medianews.az xəbər verir ki, gənc qızın evinə baxış zamanı dərman qutuları tapılıb.
Polis intihar ehtimalını nəzərdən keçirir.
Hadisə Samsunun İlkadım mahalının Kışla rayonunda baş verib. Əldə edilən məlumata görə, Samsun Təhsil və Araşdırma Xəstəxanasının Hesabat şöbəsində çalışan 20 yaşlı tibb işçisi Aleyna Bektaşdan xəbər ala bilməyən dostları onun həyatından narahat olduqları üçün polisə xəbər veriblər. Evə gedən polis gənc qızın cansız bədəni ilə qarşılaşıb.
Aleyna Bektaşın yanından dərman qutuları tapılıb. Gənc qızın intihar etdiyi ehtimal edilir. Ölümün dəqiq səbəbinin ekspertizadan sonra müəyyən ediləcəyi açıqlanıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Medianews.az