Məşhur aktyor Robert De Niro məhkəmə zamanı hirsini cilovlaya bilməyib.
Medianews.az xəbər verir ki, keçmiş köməkçisi Qrem Robinson tərəfindən emosional təzyiq ittihamı ilə məhkəməyə verilən Hollivud ulduzu Robert De Niro ilk dəfə hakim qarşısına çıxıb.
Robinson cinsiyyətçi söyüşlər və emosional zorakılıqda ittiham etdiyi məşhur aktyora qarşı reputasiyasına xələl gətirdiyi səbəbilə 12 milyon dollar təzminat iddiası qaldırıb. 2008-2019-cu illər arasında De Nironun bütün şəxsi işlərini idarə edən və ildə 300 min dollar maaş alan Robinson, emosional stressə dözə bilmədiyi üçün istefa verdiyini və De Nironun ona arayış verməkdən imtina etdiyini deyir.
Dünən Nyu Yorkda məhkəmədə ifadə verən Robert De Niro ittihamları “cəfəngiyyat” adlandırıb. 80 yaşlı aktyor uzun-uzadı açıqlaması zamanı qəzəbinə hakim ola bilməyib və səsini bir neçə dəfə yüksəldib.
Məhkəmədə həmçinin De Nironun sevgilisi Tiffany Chen-in Robinsonla tez-tez mübahisə etdiyinə dair sübutlar təqdim edilib. De Niro isə keçmiş köməkçisinə çox yaxşı davrandığını iddia edib.
Medianews.az