“İnter Mayami”nin və Argentina milli futbol komandasının hücumçusu Lionel Messi karyerasının Paris PSJ-də keçirdiyi dövrü dəyərləndirib.
Medianews.az xəbər verir ki, bununla bağlı futbolçu özü danışıb.
Onun sözlərinə görə, idman baxımından hər şey onun gözlədiyi kimi alınmayıb.
“Mən iki il Parisdə yaşadım və orada çox yaxşı dostlarım var, şəhəri çox bəyəndim. Oğullarım bundan məmnundurlar. Onlar üçün Parisi tərk etmək çətin oldu”, – deyə Messi bildirib.
Qeyd edək ki, argentinalı ulduz karyerasında səkkizinci dəfə “Qızıl top”un sahibi olub.