İstanbulun Zeytinburnu qəsəbəsində şəhərsalma işləri çərçivəsində aparılan söküntü zamanı bitişik binanın 3-cü mərtəbəsinin divarlarının olmadığı üzə çıxıb.
Medianews.az xəbər verir ki, Zeytinburnu Yeşiltepe Məhəlləsində şəhər çevrilmə işləri çərçivəsində dünən günorta saatlarında 5 mərtəbəli bina sökülüb.
Söküntü zamanı məlum olub ki, bitişik 3 mərtəbəli binanın 3-cü mərtəbəsində divar yoxdur.
İddia edilib ki, bina tikilən zaman podratçı tikinti divarları əvəzinə ona bitişik binanın divarlarına suvaqdan istifadə edib.
Mənzil sakinlərinin də vəziyyətdən xəbəri olduğu və söküntüdən əvvəl ehtiyat tədbiri olaraq mənzili boşaltdığı öyrənilib.
Medianews.az