Türkiyənin Bursa şəhərində 33 yaşllıl Ecem Gökçe Seyhan yeni köçdüyü evindən ara-sıra xarici valyuta və qızıl-zinət əşyalarının oğurlandığını görüb.
Medianews.az xəbər verir ki, kirayə qaldığı evin sahibindən şübhələnən Ecem Gökçe evə kameralar yerləşdirib.
42 yaşlı ev sahibi Ayşegül K.-dan şübhələnən Seyhan yataq otağına kamera sistemi quraşdırması sayəsində cinayəti ortaya çıxarıb. Şübhəsində haqlı olan Seyhan kamera görüntüləri vasitəsilə ev sahibinin oğurluq etdiyini aşkar edib. Saxlanılan ev sahibi cinayətini etiraf edib.
Seyhanın xarici valyutasının və ümumilikdə 400 min lirə dəyərində qızıl-zinət əşyalarının oğurlandığı müəyyən edilib.
Medianews.az