Dünyanın diqqəti Rusiya-Ukrayna və İsrail-Həmas müharibələrinə yönəldiyi bir vaxtda Pentaqondan həyəcanlı açıqlama gəlib.
Medianews.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ABŞ-ın yeni nüvə silahları hazırladığını açıqlayıb.
Açıqlamada ABŞ-ın 1945-ci ildə Xirosimaya atılan atom bombasından 24 dəfə güclü silah hazırladığı bildirilib.
Pentaqon “Digər alternativ variantları prezidentə təqdim edəcəyik” deyib. Hazırda Pentaqonun hazırladığı B-21 Raider döyüş təyyarəsindən atılacaq B61-13 adlı bombasının 360 kilotonluq məhvə səbəb olacağı açıqlanıb.
Medianews.az