Britaniyalı pop müğənni Robbi Uilyams diabet dərmanları ilə arıqladığını açıqlayıb.
Medianews.az xəbər verir ki, 49 yaşlı musiqiçi artıq çəkinin onda psixoloji problemlərin yaranmasına səbəb olduğunu deyib.
Daha sonra həkimlər ona iştahını azaltmaq üçün Ozempicə bənzər dərman (2-ci tip şəkərli diabet və piylənmənin müalicəsi üçün dərman – Lenta Ru-dan qeyd ) təyin ediblər.
“Tibbi baxımdan bu lazım idi. Mənə 2-ci tip özünə nifrət diaqnozu qoyuldu”, – deyə 49 yaşlı müğənni əlavə edib.
O, arıqlamasını Milad möcüzəsi adlandırdı və həmçinin yağlı bədəninin onu “dəli etdiyini” vurğulayıb.
Medianews.az