3 aylıq körpənin üzərində narkotik maddə gizlədən 4 şübhəli həbs edilib.
Medianews.az xəbər verir ki, hadisə Türkiyənin Kırklareli rayonunda baş verib.
Məlumata görə, reyd zamanı avtomobili saxlayan polislər nəqliyyat vasitəsində axtarış həyata keçiriblər. Şübhəlilərin üzərində heç nə tapa bilməyən qruplar, D.D.-nin 3 aylıq körpəsi T.K.-nın qarnında dərman qutusuna gizlədilmiş 162,55 qram metamfetamin ələ keçirib.
Hadisə ilə əlaqədar saxlanılan 4 şübhəli polis bölməsindəki əməliyyatların ardından ədliyyəyə sövq edilib.
Medianews.az