Son zamanlar görünüşü ilə diqqət çəkən mərhum iş adamı Faruk Yalçının qızı Sürəyya Yalçın atasından qalan mirasla yenidən mətbuatın gündəminə düşüb.
Medianews.az xəbər verir ki, Sürəyya Yalçının atasından qalan 1.6 milyard dollar mirası şəxsi təyyarəsi ilə İsveçrəyə apardığı iddia edilib.
Sürəyya Yalçın sözügedən iddialar ilə bağlı açıqlama verib.
“Hansı dövrdəyik? Təyyarə ilə pul daşımaq nədir?. Mənim nə şayiələrə görə 1,6 milyard dollarlıq sərvətim var, nə də xaricə gizli pul aparmışam. 20 gündür həyat yoldaşımla Antalyada tətildəyik. Belə bir pul köçürməsi olmayıb. Bu, tamamilə bir söz-söhbətdir. Çox təəccüblənirəm.”, –deyə Sürəyya Yalçın bildirib.
Sürəyya Yalçın kimdir?
Sürəyya Yalçın 18 dekabr 1984-cü ildə anadan olub. Süreyya Yalçın əslən Diyarbakır Erqanidir. O, mərhum iş adamı Faruk Yalçının qızıdır.
Süreyya Yalçın 2005-ci ildə Kerem Doğru, 2008-ci ildə Öndər Bekensir və 2016-cı ildə Antakyadan olan iş adamı Ozan Baranla ailə həyatı qurub. Süreyya Yalçın 2016-cı ildən ABŞ-ın Mayami şəhərində yaşayır.
Medianews.az