Türkiyənin Adana şəhərində bir restoranda dəhşətli anlar yaşanıb.
Medianews.az xəbər verir ki, 21 yaşlı gənc yemek yediyi restoranda işçilərdən birini bıçaqlayıb.
İddiaya görə Hakan Güzel adlı gənc işçilərə “Yeməklərinizdə körpə qanı var” deyə qışqıraraq hücum edib.
Hakan Güzelin ona mane olmaq istəyən işçi Egemen S.-ni qarnından bıçaqladığı anların görüntüləri də ortaya çıxıb. Şübhəli Hakan Güzel məhkəmə tərəfindən həbs olunub. Xəstəxanada müalicəsi davam edən Egemen S.-nin səhhətinin yaxşı olduğu qeyd edilib.
Medianews.az