Türkiyənin Adana şəhərində 65 yaşlı həyat yoldaşı Ayşə Cebecini balta ilə öldürən ədəbiyyat müəllimi həbs edilib.
Medianews.az Tribunainfo.az-a istinadən xəbər verir ki, ədəbiyyat müəllimi işləmiş 70 yaşlı İbrahim Cebeci həyat yoldaşını ona yemək etmədiyi üçün balta ilə vuraraq öldürüb. Saxlanılan şəxs əməlini etiraf edib. Bildirib ki, 65 yaşlı həyat yoldaşı ona yaxşı baxmayıb:
“Mənimlə maraqlanmırdı, yemək etmirdi, paltarlarımı yumurdu. Mən də balta ilə vurub öldürdüm”.
Araşdırma zamanı məlum olub ki, öldürülən 65 yaşlı qadın gəzə bilirdi, o əlil arabası ilə hərəkət edirdi.