Mahaçqala hava limanında 10 nəfər xəsarət alıb, bəziləri isə ağır yaralanıb.
Medianews.az xəbər verir ki, bu barədə Dağıstanın Səhiyyə Nazirliyi məlumat verib.
Verilən məlumata görə, həm polis əməkdaşları, həm də mülki şəxslər arasında orta və ağır itkilər var. İki nəfərin vəziyyəti ağırdır.
Yüngül xəsarət alan daha 10 zərərçəkənə ambulator tibbi yardım göstərilib.