“Mahaçqala hava limanında baş vermiş vəziyyət kobud qanun pozuntusudur, buna hüquq-mühafizə orqanlarından müvafiq qiymət veriləcək”.
Bunu Dağıstanın rəhbəri Sergey Melikov bildirib.
“Bu gün (29 oktyabr – red.) Mahaçqala hava limanına toplaşanların hərəkətləri kobud qanun pozuntusudur. İnsan izdihamının qadağan olunmuş heç nə etməyən silahsız insanları gözətməsi cəsarət göstəricisi deyil. Aeroport ərazisinə zorla daxil olmaqda heç bir qətiyyət yoxdur. Tanımadığı adamları söymək, onların cibinə əl atmaq və pasportunu yoxlamağa çalışmaq da şərəf göstəricisi deyil. Xaricdə müalicə alan uşaqlı qadınlara hücum etməkdə heç bir yaxşı niyyət ola bilməz”, – deyə o, “Telegram” kanalında yazıb.
Rayon rəhbəri qeyd edib ki, aksiya iştirakçıları öz əməlləri ilə vətənlərinin təhlükəsizliyi uğrunda canlarından keçənlərin kürəyinə bıçaq sancıblar.
“Bütün dağıstanlılar haqsız insanların və siyasətçilərin hərəkətləri nəticəsində iztirab çəkən qurbanlara ürəyi acıyır və Fələstində sülh üçün dua edirlər. Amma hava limanımızda baş verənlər biabırçılıqdır. Hüquq-mühafizə orqanları tərəfindən buna müvafiq qiymət verilməlidir. Bu, mütləq həyata keçiriləcək”, – deyə Melikov yekunlaşdırıb.