29oktyabr 2023-cü il tarixində Türkiyə Cümhuriyyətinin qurulmasının 100 ili tamam olub.
Bu əlamətdar yubiley təkcə qardaş Türkiyə üçün deyil, bütün Türk dünyası üçün qürur mənbəyi olan bir tarixdir.
Türkiye Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Ulu Öndərimiz Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamları ilə qardaş ölkə olan Türkiyə ilə münasibətlərimizin nə qədər dərin olduğunu qısa sözlərlə çox gözəl ifadə ediblər.
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı dostluq, qardaşlıq münasibətləri və onların bu əlaqələrə nə qədər önəm verdiyi göz qabağındadır.
ADMİU nəzdində Humanitar Kollecin tələbələri də öz növbələrində Türkiyə Cümhuriyyətinin 100illik yubileyi üçün hazırladıqları “Feda Türkiyəm” (söz:Fatma Gönüllü, mus.: Semih Gönüllü) adlı musiqi nömrəsi ilə qardaş ölkəni təbrik edib.
İfa edir tələbələr: İsmayıl Hüseynov,Sevda Əşfərova,Zaur Əzimli,Xədicə İsmixanlı,Zəhra Əliyeva, Amin Bayramlı, Rübabə Əkbərova, Ruzim Məmmədli,gitarada müşaiyət edir müəllim İlkin Hüseynov.
Çəkiliş və video çarxın hazırlanması müəllim Hüseyn Bagirov və tələbələri Nihad İsayev,Gültac Əhmədli, Nuranə Sultanova, Emil Həmidov.
Seni yazdık kalplerimize,
Sevdamız sonsuzluğa diye,
Son nefesimi veririm ben,
Türkiyem diye diye…