Fələstinin Həmas qruplaşmasının nümayəndə heyətinin Kremllə əlaqəsi yoxdur.
Medianews.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskovun sözlərinə görə, Rusiya hakimiyyəti münaqişənin bütün tərəfləri ilə təmasları davam etdirməyi zəruri hesab edir və İsraillə də dialoq davam etdiriləcək.
Bundan əvvəl Fələstinin HƏMAS qruplaşmasının Siyasi Bürosunun üzvü Əbu Mərzukun Rusiyaya gəldiyi və Moskvada səfərdə olduğu bildirilirdi.
Həmas nümayəndələri ilə görüşdə Qəzza zolağından rusların təxliyyəsi və islamçı qruplaşma tərəfindən əsir götürülən Rusiya vətəndaşlarının azad edilməsi məsələsi müzakirə olunub.
İsrail Xarici İşlər Nazirliyi HƏMAS nümayəndə heyətinin Moskvaya dəvətini “ləyaqətsiz addım” adlandırıb.
“İsrail HƏMAS liderlərinin Moskvaya dəvətini terrora arxa külək verən və HƏMAS terrorçularının vəhşiliklərini qanuniləşdirən ləyaqətsiz addım kimi qiymətləndirir”, – deyə İsrail Xarici İşlər Nazirliyi bildirib.