Bu həftə sonu gözlənilən ay tutulması hər bürc üçün emosional qarışıqlıq və böyük dəyişikliklər gətirə bilər.
Medianews.az xəbər verir ki, astroloqların fikrincə, kosmik hadisə iki illik dövrə yekun vuracaq və bir sıra dramatik dəyişikliklər və irəliləyişlərə imza atacaq.
Astroloq Rouz Smit xəbərdarlıq edib ki, oktyabrın 29-u bazar gününə təsadüf edən oktyabr tam ayı tipik tam aydan daha güclü olacaq.
“Bizim etməli olduğumuz ən vacib şey dəyişikliyi qəbul etməkdir!” deyən Smit əlavə edib ki, bu asan olmayacaq.
Tam ayın çevrilmə gətirəcəyini ifadə edən astroloq, “Praktik məsələlər və pul daha əhəmiyyətli olacaq… Fiziki çətinliklər, dəbdəbəli əşyalar və ya daşınmaz əmlak kimi maddi şeylər də önəmlidir”- deyə bildirib.
Medianews.az