Məlum olduğu kimi, İranın xarici işlər naziri İsrail və ABŞ-a qarşı üstüörtülü təhdidlər edib. Son bir həftə ərzində Amerika əsgərləri İraqda ən azı 12, Suriyada isə dörd dəfə hücuma məruz qalıb. Amerika buna biganə qalmadığını açıqlayıb.
Bu məsələ ilə bağlı Medianews.az-a açıqlamasında politoloq Əziz Əlibəyli danışıb. Ekspert bildirib ki, Amerika ilə İran arasında baş verən proseslər yekun hesablaşmaya doğru gedir:
“Biz bunu Fələstin-İsrail qarşıdurma kontekstində qiymətləndirə bilərik.
Bu vəziyyətdə İranın cəzalandırılması strategi vəzifə kimi görünür. Həmçinin, yekun hesablaşma İran ərazisində seçilmiş obyektlərin bombalanması ilə başlayacağı gözlənilir”.
Ekspert böyük hərbi laynerlərin, təyyarə daşıyan gəmilərin ikisinin Aralıq dəniz istiqamətində, İsrail sahələrinə yön alması olanların göstəricisi olduğunu vurğulayıb.
Onun sözlərinə görə, İrana qarşı strategi addımlar iki mərhələ ilə özünü göstərə bilər:
“İrana hərbi olaraq müdaxilə etmək mümkün deyil, amma qərb mənbələri göstərir ki, birinci mərhələdə nüvə obyektlərinin strateji mövqelərinin bombalanması həyata keçiriləcək.
İkinci mərhələdə isə, İran daxilindəki qeyri-sabit mühitdən, yəni narazı kütlənin dövlətə qarşı çıxmaq potensialından istifadə oluna bilər”.
Həmçinin politoloq, qarşı tərəfin İrandan Suriya düzəltmək istəyini, lakinin bunun realaşmasının çox çətin olduğunu dedi.