14 yaşlı yeniyetmə qaynar su ilə kanalizasiya quyusuna düşüb.
Medianews.az xəbər verir ki, hadisə Rusiyada baş verib, oktyabrın 26-da saat 20:30 radələrində baş verib.
Qaranlıqda oğlan açıq lyukun fərqinə varmayıb. Ona düşən zaman uşaq yanıq və ağır bədən xəsarətləri alıb.
O, ağır vəziyyətdə xəstəxanadadır.
Onu, təsadüfən yanından keçən təcili yardım maşını xəstəxanaya aparıb.
Məlum olub ki, oğlanı onun yıxılmasının şahidi olan taksi sürücüsü xilas edib: sürücü yeniyetmənin yanına qaçaraq ona çıxmağa kömək edib.
Verilən məlumata görə, yanıqlar bədən ərazisinin 50-55%-ni əhatə edir.
Bütün lazımi tibbi yardım göstərilir.
Əməliyyatın keçirilməsi məsələsi həll edilir.
Medianews.az