Bazar ertəsi, 15 İyul 2024

Van Dammın azərbaycanlı gəlininə AD GÜNÜ SÜRPRİZİ – FOTO/VİDEO

Məşhur aktyor Jan Klod Van Dammın oğlu Kristofer azərbaycanlı həyat yoldaşı Suada Hacızadəyə ad günü sürprizi edib. Onlar birlikdə Floridadakı “Harri Potterin sehrli dünyası”na (“The Wizarding World of Harry Potter”) səyahət ediblər.

BAKU.WS xəbər verir ki, bu barədə Suada sosial şəbəkədə məlumat verib.

O, Kristoferə bu sürproizinə görə təşəkkür edib: “Artıq mənim özəl kolleksiyamda şəxsi çubuğum da var”, – deyə Suada qeyd edib.

Eyni zamanda Kristofer də Suadanın fotosunu paylaşıb və onun arzusunu reallaşdırdığını bildirib.

Xatırladaq ki, cütlük 2021-ci ilin iyunun 17-də evləniblər.

VİDEO

DAHA ÇOX OXU

Xəbər lenti