Tanınmış jurnalist Səbuhi Məmmədlinin sosial şəbəkələrdə son halı müzakirələrə səbəb olub.
Medianews.az xəbər verir ki, jurnalistin sağ ayağı amputasiya edildikdən sonra səhhətinin normal olduğu deyilirdi.
Bu gün isə həmkarı Səbinə Əvəzqızı onunla bağlı paylaşım edərək vəziyyətinin yaxşı olmadığını açıqlayıb:
“Dostlar, mediamızda sözün əsl mənasında xüsusi çəkisi olan Səbuhi Məmmədli üçün son günlər çox çətin keçir. Hər iki ayağını itirən, şəkər və dialez xəstəsi olan həmkarımız üçün həyatın necə olduğunu az-çox təsəvvür edə bilirsiniz yəqin ki…
Tərs kimi bu günlərdə arabası da sınmışdı. Yeni araba üçün bir ümid olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdim. Dünən zəng etmişdim, bu gün səhərdən artıq araba Səbuhiyə təqdim edilmişdi. Nazirliyə bu cür operativ xidmət üçün kollektivimiz adından xüsusi təşəkkür edirəm”.
Qeyd edək ki, S.Məmmədli diabet və dialez xəstəsidir.
