İsrailin Moskvadakı səfirliyində oktyabrın 24-də dayandırılmış rusiyalıların repatriasiyası üçün müraciətlərin qəbulu bərpa edilib.
Medianews.az xəbər verir ki, bu barədə səfir Aleksandr Ben Zvi məlumat verib:
“Bu proses artıq geri qayıdıb. Biz, təqdim olunan tarixdən əvvəl ərizələrin qəbuluna başlayırıq. Sadəcə, təhlükəsizlik məsələlərinə görə proses bir neçə gündür ki, dayandırılıb”.
Qeyd edək ki, diplomatik nümayəndəlik daha sonra konsulluq şöbəsinin dəyişikliksiz fəaliyyət göstərdiyini qeyd edib.
Medianews.az