Dünyanın gözü HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadalarının başlatdığı “Əqsa tufanı” əməliyyatından sonra 7 oktyabr şənbə günü başlayan İsrail-Həmas qarşıdurmasındadır. İsrail günlərdir Qəzzaya bombalar yağdırır.

Qəzza şəhəri dünyanın gözü qarşısında yoxa çıxır…
Hökumətin Qəzzadakı media ofisi oktyabrın 7-dən bu yana bölgəyə 12 min ton partlayıcının vurulduğunu açıqlayıb. Açıqlamada, sözügedən partlayıcıların ümumi gücünün İkinci Dünya Müharibəsinin son mərhələsində ABŞ-ın Xirosimaya atdığı atom bombasına bərabər olduğu vurğulanıb.
BİNALARIN YARISI SÖKÜLÜB
Açıqlamada Qəzzada iqamətgahların yarısına bərabər olan 183 mindən çox evin zədələndiyi, hər kvadrat kilometrə 33 ton bombanın düşdüyü bildirilib. Qəzzada Səhiyyə Nazirliyi, İsrailin hücumları nəticəsində ölənlərin sayının 6 min 546-ya yüksəldiyini, 17 min 439 nəfərin yaralandığını açıqlayıb.

1,4 MİLYON İNSAN EVSİZ QALDI
Bölgədə yaşayan 2,2 milyon əhalinin 1,4 milyonu İsrailin 7 oktyabrdan bəri davam edən hücumları səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb. Birləşmiş Millətlər Təşkilatının (BMT) açıqlamasına görə, əksəriyyəti məktəb binaları olan və qəza sığınacağı kimi istifadə edilən təxminən 150 düşərgəyə 590 mindən çox insan sığınıb.
YANACAQ VƏ ELEKTRİK OLMASA 5 DƏQİQƏDƏ KÖRPƏLƏR ÖLƏ BİLƏR
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) Qəzzanın yanacağının dünəndən etibarən tükənəcəyi və heç bir yardım fəaliyyətinə davam edə bilməyəcəkləri barədə xəbərdarlıq edib. Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Aşre əl-Qudra Əl-Cəzirə telekanalına verdiyi açıqlamada xəstəxanalarda ölüm təhlükəsi ilə üzləşən 7 min xəstə və yaralı fələstinlinin olduğunu bildirib.
SONUMUZ FƏLAKƏTDİR
Qəzzadakı xəstəxanaların məcburi köçkünlər üçün sığınacaqlara çevrildiyini bildirən Kudra, həkimlərin və səlahiyyətlilərin təcili tibbi yardım və yanacaq əldə edilməsini tələb etdiklərini vurğuladı. Şəfa Xəstəxanasının həkimləri elektrik kəsilərsə, 130 vaxtından əvvəl doğulmuş körpənin 5 dəqiqə ərzində ölə biləcəyi barədə xəbərdarlıq edib.

UNICEF: VİCDAN LƏKƏSİ
BMT-nin Uşaq Fondunun UNICEF-in Yaxın Şərq və Şimali Afrika üzrə regional direktoru Adele Khodr, İsrailin hücumlarında ən azı 2360 uşağın həyatını itirdiyini açıqlayıb. “Qəzza zolağındakı vəziyyət bizim vicdanımızda artan ləkə yaradır” deyən Khodr, “Uşaqların ölüm və yaralanma nisbəti sadəcə şok edicidir”, deyib.
CANLI YAYIMDA OLDUĞU ZAMAN HƏYAT YOLDAŞI VƏ UŞAQLARI ÖLÜB
Dünən İsrailin Qəzzaya hücumunda Əl-Cəzirə televiziyasının müxbiri Vail əd-Dahduhun ailəsinin bir çox üzvü, o cümlədən həyat yoldaşı, oğlu və qızı həlak olub. Həmkarları bildiriblər ki, Vail əd-Dahduh İsrail ordusunun həyata keçirdiyi hücumda ailəsinin həlak olması xəbərini canlı yayımda alıb.
Qəzzadan bəzi fotoları təqdim edirik:








BakuPost