Rusiya tərəfi Şimali Koreya ilə münasibətləri inkişaf etdirmək niyyətindədir.
Medianews.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Moskva və Pxenyan bütün sahələrdə əməkdaşlığı inkişaf etdirməyi planlaşdırır. Ölkələrin qonşu olduqlarını isə səbəb kimi qeyd edib.
Peskov həmçinin Rusiyaya KXDR-dən guya silah tədarükü ilə bağlı məlumatı şərh etməyib və bu cür iddiaları əsassız adlandırıb.
“Belə məlumatlar çoxdur, onların hamısı, bir qayda olaraq, əsassızdır, heç bir konkretlik yoxdur”, o əlavə edib.
Medianews.az