Təhlükəsizlik kamerasına düşən bu görüntülər sosial mediada gündəm olub.
Medianews.az xəbər verir ki, uşaq arabasındakı azyaşlının elektron siqaret çəkdiyi anlar qalmaqala səbəb olub.
Elektron siqaret çəkən azyaşlı uşağın anasının bu durumu seyr etməsi də diqqət çəkib. Sözügedən görüntülərin Böyük Britaniyanın Birminhem şəhərində çəkildiyi bildirilir. “West Midlands” polisi The Sun-a videodan xəbərdar olduqlarını və hadisəni araşdırdıqlarını bildirib.
Medianews.az