“Azərbaycanla Ermənistan arasında sülh sazişinin Moskvada müzakirəsinin mümkünlüyü barədə hələ razılaşma yoxdur”.
“Report”un Rusiya bürosu xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Hələ ki, dəqiq razılaşma yoxdur. Təmaslarımızı davam etdiririk”, – o bildirib.