Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) Şimali İraqda Hakurk çölündə keçirdiyi əməliyyatla PKK/KCK-nın terrorçusu “Rozerin Şemzinan” kod adlı Sarıyə Atilla zərərsizləşdirilib.
Medianews.az xəbər verir ki, Rozerin Şemzinan 2007-ci ildə PKK-ya qoşulduğu və terror təşkilatının İraqın şimalındakı Haftanin bölgəsindəki qondarma təlim akademiyalarında təlimlər keçdiyi müəyyən edilib.
Hər addımı təqib edilən terrorçu əməliyyatı həyata keçirmək üçün ən uyğun anda zərərsizləşdirilib.
Medianews.az