Məşhur türkiyəli model və aparıcı Burcu Esmersoy etdiyi plastik əməliyyatdan peşman olduğunu açıqlayıb.
Medianews.az xəbər verir ki, köhnə fotolarına baxarkən üzündəki dəyişikliklərdən narahat olan Burcu Esmersoy gənc qızlara plastik əməliyyatla bağlı xəbərdarlıq edib.
Bu xəbərdarlıqdan sonra Burcu Esmersoyun köhnə fotoları və necə dəyişməsi gündəm olub.
47 yaşlı məşhur 2 il əvvəl etdirdiyi estetik əməliyyatdan danışarkən botoks və dolğuya qarşı olduğunu bildirib.
Medianews.az