İsrailin blokadası altında olan Qəzzadakı hadisələri xəstəxanadan canlı yayımlayan müxbirin çəkdiyi bu görüntülər gündəm olub.
Medianews.az xəbər verir ki, xəstəxanadakı bir nəfərin jurnalistin sualına verdiyi insanları kövrəldib.
“Nələr yaşadığınızı bizə deyə bilərsinizmi?” sualına cavab verən adam göz yaşları içərisində yaşadıqları dəhşəti danışıb. “Sənə nə deyim? Qızın ata-anası həlak olub. Mən bunu ona necə deyim?” deyən kişi hönkür-hönkür ağlayıb.
Jurnalistə açıqlama verən adam çıxışının sonunda huşunu itirərək yerə yıxılıb.
Medianews.az